"Atletiko"nun yeni transferi tibbi müayinədən keçib
"Atletiko"nun "Mançester Siti"dən heyətinə qatdığı Xulian Alvarez tibbi müayinədən keçib.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, transferin yaxın günlərdə rəsmləşəcəyi gözlənilir.
İspaniya klubu bu keçid üçün "Mançester Siti"yə 75+20 milyon avro ödəyəcək.
Ötən mövsüm "şəhərlilər"in heyətində 54 oyuna çıxan Alvarez bu görüşlərdə 19 qol və 13 asistlə yadda qalıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2022-ci ildə Argentina millisi ilə Dünya çempionu olub.