"Atletiko"ya 1 qol bəs etdi

"Atletiko" La Liqada 22-ci tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Madrid klubu "Atletik"i (Bilbao) qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

"Atletiko" - "Atletik" - 1:0
Qol:
 Qrizmann, 73

Bu qələbə ilə xalını 41-ə çatdıran Dieqo Simeonenin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Siyahıya 56 xalla "Barselona" başçılıq edir.