"AVRO 2024-ün finalına təyinat mənim üçün sürpriz oldu"
Fransalı referi Fransua Leteksie AVRO 2024-ün finalında İngiltərə - İspaniya matçına baş hakim təyin olunmasını şərh edib.
Sportline.az xəbər verir ki, 35 yaşlı referi UEFA-nın mətbuat xidmətinə müsahibəsində bu fikirləri səsləndirib.
"Əlbəttə, bu matça təyinat almaq böyük şərəf və sevincdir. Bu, mənim üçün sürpriz oldu, çünki mən bütün turnir boyu diqqətimi saxlamağa çalışırdım və bu qədər əhəmiyyətli bir şey gözləmirdim" deyə fransalı hakim bildirib.
Qeyd edək ki, Fransua Leteksie AVRO 2024-də Danimarka-Sebiya, Xorvatiya-Albaniya və İspaniya-Gürcüstan oyunlarında əsas söz sahibi olub.
Xatırladaq ki, İspaniya-İngiltərə final görüşü iyulu 14-də Berlində keçiriləcək.