Avro 2024-ün ulduzunun gələcəyi bəlli olub
Avro 2024-ün əsas ulduzlarından Niko Uilyamsın gələcəyi məlum olub.
Sportline.az Relevo-ya istinadla xəbər verir ki, "Barselona" klubu Niko ilə ciddi şəkildə maraqlansa da, 21 yaşlı futbolçu "Atletik"də qalmağı seçib.
Niko avqustun 6-da Baks klubunun məşqlərinə qoşulub. "Atletik" rəhbərliyi də gənc oyunçunu komandada saxlamaq istəyir.
Qeyd edək ki, İspaniya millisi ilə Avropa çempionu olan Uliyams turnirdə iştirak etdiyi 6 oyunda 2 qol və 1 asistlə yadda qalıb.