"Beşiktaş"lı Avroliqanın ən yaxşısı oldu
Avropa Liqasında son həftənin ən yaxşısı oyunçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, UEFA-nın rəsmi veb saytında keçirilən sorğuda bütün rəqiblərini qabaqlayan Rikardo Kuarejma ən yaxşı adına layiq görülüb. O, səslərin 59%-ni toplayıb.
Kasper Dolberq ("Ayaks") 25%, Xuan Mata ("Mançester Yunayted") 14%, Daniel De Rossi ("Roma") 3% səs yığıb.
Qeyd edək ki, R.Quarejma Avropa Liqasının 1/8 finalında "Olimpiakos"la cavab oyununda 1 qol ötürməsi verib.