Avroliqanın finalı İstanbulda keçirilə bilər
2018-19 mövsümündə Avropa Liqasının finalı İstanbulda - "Vodafone Arena"da keçirilə bilər. SportLine.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) bu istəklə UEFA-ya müraciət etməyə hazırlaşır.
Artıq TFF "Beşiktaş" klubunun da razılığını alıb.
Qeyd edək ki, 2005-ci ildə “Atatürk Olimpiya” stadionunda “Liverpul”la “Milan” arasında Çempionlar Liqasının, 2009-cu ildə isə “Şükrü Saraçoğlu” stadionunda “Şaxtyor”la “Verder” arasında UEFA Kubokunun (indiki Avropa Liqasının) finalı keçirilmişdi.