Avropa çempionu vəhşicəsinə döyülüb

Rusiya millisinin sabiq basketbolçusu Nikita Şabalkin naməlum adamların hücumuna məruz qalıb.

Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, Moskva ətrafında yerləşən Qolikova qəsəbəsində baş verən hadisədə vəhşicəsinə döyülən idman ustası huşunu itirib.

2007-ci ilin Avropa çempionu halsız vəziyyətdə xəstəxanaya çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.