UEFA Avropa Liqasında mövsümün ən yaxşı qolu seçilib

UEFA Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı qolu açıqlanıb.

Sportline.az UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, "Vest Hem"in  futbolçusu Mohammed Kudusun 1/4 final mərhələsinin cavab görüşündə "Frayburq"un qapısından keçirdiyi top tunirin ən yaxşı qolu seçilib.

Qeyd edək ki, Avropa Liqasının qalibi finalda "Bayer"ə 3:0 hesabı ilə qalib gələn "Atalanta" olub.