Avropa nəhəngləri “Brayton”nun gənc oyunçusuna elçi düşüb
İsveç millisinin və “Brayton” klubunun yarımmüdafiəçisi Yasin Ayari Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.
Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçunun vəziyyəti bir sıra nəhəng klublar tərəfindən yaxından izlənilir. Məlumata görə, İngiltərə komandaları olan “Mançester Yunayted” və “Nyukasl Yunayted” yarımmüdafiəçinin mümkün transferi ilə bağlı vəziyyəti diqqətdə saxlayır.
Bunla bağlı “Sky Sports” məlumat verib.
Bundan əlavə “Liverpul “,”Çelsi” və “Arsenal” da Ayarinin inkişafını yaxından izləyən klublar sırasındadır.
İngiltərədən başqa, İtaliya təmsilçisi "Milan" və İspaniya klubu "Atlétiko Madrid"də futbolçuya maraq göstərən komandalar arasında yer alır.
Hazırda Yasin Ayarinin gələcəyi ilə bağlı yekun qərar verilməsə də, onun adı Avropa transfer bazarının ən diqqətçəkən oyunçularından biri kimi gündəmdə qalmaqdadır.
Qeyd edək ki, sözügedən oyunçu klubla müqaviləsi 2027-ci ilin 30 iyuna qədər qüvvədədir. O ötən mövsüm çıxdığı 32 matçda 4 qol 3 asistlə yadda qalıb.