"Ayaks" "Qalatasaray"ın futbolçusunu icarəyə götürdü

"Qalatasaray" niderlandlı futbolçusu Rayan Babeli "Ayaks"a icarəyə verib.

Sportline.az "Voetbal International"a istinadən xəbər verir ki, 33 yaşlı vingerin Amsterdam klubuna keçidi tamamlanıb. "Ayaks" sabiq futbolçusunun transferini tezliklə açıqlayacaq.

Niderland millisinin üzvü yayda "Fulhem"dən "Qalatasaray"a azad agent statusu ilə keçib. Babel bu mövsüm 15 oyuna 5 qol vurub, 1 assist edib. Təcrübəli oyunçu peşəkar karyerasına 2004-cü ildə "Ayaks"da başlamışdı.