“Ayaks”da yeni dövr

Hollandiya çempionluğunu liqanın son dönəmində dramatik şəkildə PSV Eyndhoven klubuna uduzan “Ayaks”da rəhbərlik dəyişiklik qərarı verdi. Komandanın italiyalı baş məşqçisi Françesko Farioli ilə yollar ayrıldı.

Sportline.az xəbər verir ki, Niderland nəhəngi yeni baş məşqçisini rəsmi olaraq elan edib. Klubun açıqlamasına görə, son olaraq İngiltərənin “Liverpul” klubunda Arne Slotun köməkçisi olan Con Heytinqa “Ayaks”ın yeni baş məşqçisi təyin olunub.