"Ayaks"ın baş məşqçisi istefa verdi

"Ayaks"ın baş məşqçisi Françesko Farioli istefa vermək qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu haqda Amsterdam klubu məlumat yayıb.

İtaliyalı mütəxəssislə birgə onun rəhbərlik etdiyi məşqçilər korpusu ilə də yollar ayrılıb.

36 yaşlı Farioli ötən ilin yayında "Ayaks"ın baş məşqçisi təyin olunmuşdu. 

Onun müqviləsi 3 ili əhatə etməli idi.

Qeyd edək ki, 78 xal toplayaraq çempion PSV-dən cəmi 1 xal geri qalan "Ayaks" çempionatı ikinci yerdə başa vurub.