"Ayntraxt" "Bellingemi transfer etmək istəyir

"Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingem karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Ayntraxt" Bellingemi transfer etmək üçün hərəkətə keçib.

19 yaşlı yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutuklub.

Qeyd edək ki, Cob Bellingemin transfer qiyməti 25 milyon avro olaraq qiymətləndirilir.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 4 qol 3 asist müəllifi olub.