“Ayntraxt” bu futbolçuya görə 100 milyon avro tələb edir
"Ayntraxt" fransalı futbolçusu Hüqo Ekitikenin transfer qiymətini açıqlayıb.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Ayntraxt" Ekitike üçün 100 milyon avro tələb edir.
22 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, H.Ekitike bu mövsüm çıxış etdiyi 48 matçda 22 qol 12 asistlə yadda qalıb.