Azərbaycan - Belarus oyununun yeri bəlli olub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyununun yeri və başlama vaxtı müəyyənləşib.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş Baranoviçi şəhər stadionunda, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Qeyd edək ki, milli hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.