Azərbaycan Belarusu məğlub edib

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Azərbaycan millisi Belarus ilə üz-üzə gəlib.

Binə stadionunda reallaşan qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə bitib - 2:1.

Qeyd edək ki, komandalar mayın 11-də növbəti dəfə qarşılaşacaqlar.