Azərbaycan Milli İdman Növləri Assosiasiyası Türkiyədə memorandum imzalayıb
Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Dünya Etnosport Konfederasiyası arasında memorandum imzalanıb.
Sportline.az xəbər verir ki, imzalanma Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumu çərçivəsində baş tutub.
Azərbaycan Milli İdman Növləri Assosiasiyası bu il Dünya Etnosport Konfederasiyasına da üzv seçilib.
