Azərbaycan millisinin də qatılacağı dünya çempionatını yayımlayacaq telekanal müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək minifutbol üzrə dünya çempionatını Azərbaycanda yayımlayacaq telekanal müəyyənləşib.
Sportline.az xəbər verir ki, mundial "İdman TV" vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, yarış 26 oktyabr - 4 noyabr aralığında gerçəkləşəcək. Mundialda son Avropa çempionatının qalibi olan Azərbaycan millisi də mübarizə aparacaq.