Azərbaycan millisinin Latviya ilə keçirəcəyi yoldaşlıq oyununun təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan millisinin Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun təyinatları açıqlanıb.
Bu barəd Sportline.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Görüşü Maltadan və Latviyadan olan hakimlər idarə edəcək.
Maltalı baş hakim Trustin Farrugia Canna Luke Portelli və Roberto Vella yardım edəcək. Dördüncü hakim funksiyasını isə latviyalı Vitalis Spasyonnikovs yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma iyunun 7-də, paytaxt Riqada yerləşən “Skonto” stadionunda saat 17:00-da start götürəcək.