Azərbaycan millisinin sabiq üzvü "Samsunspor"da
Azərbaycan millisinin sabiq üzvü Ufuk Budakın yeni klubu rəsmiləşib. SportLine.az xəbər verir ki, futbolçu "Samsunspor"la müqavilə imzalayıb.
Klubun rəsmi saytında yayımlanan məlumata görə, futbolçu növbəti iki ildə "Samsunspor"un uğurları üçün çalışacaq.
Qeyd edək ki, U.Budak ötən mövsüm Türkiyənin I liqasında çıxış edən “Manisaspor”da forma geyinib. O, daha əvvəl “Eskişehirspor”, “Qaziantep BB” və “Kayserispor”un da şərəfini qoruyub.
U.Budak 2011-ci ildə Azərbaycan yığmasına dəvət alıb və indiyə qədər 17 matçda iştirak edib. Almaniyada doğulan türk əsilli futbolçu sonuncu dəfə 2016-cı ilin iyulunda milliyə çağırılıb.