Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında oyun keçirilib

Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında oyun keçirilib.

Sportline.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan “Legends Cup”da “Neftçi 2000-lər” və “Premyer-liqa məşqçiləri” üz-üzə gəliblər.

Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

“Premyer-liqa məşqçiləri”nin heyətində Əfran İsmayilov (31) fərqlənib. "Neftçi 2000-lər"in qolunu isə Rəşad Sadiqov (45) vurub.

Qeyd edək ki, baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında “Neftçi 2000-lər”in heyətində Ruslan Abışov, Emin Quliyev, Rəşad Abdullayev, Rəşad Sadıqov, Zaur Tağızadə, Tərlan Əhmədov, Vidadi Rzayev, Mahir Şükürov, Samir Aləkbərov, Bəxtiyar Musayev, Mahmud Qurbanov, Hüseyn Məhəmmədov, Rail Məlikov, Samir Əliyev yer alıb. 

“Premyer-liqa” məşqçiləri komandası isə Kurban Berdıyevə həvalə olunub. Elçin Rəhmanov, Elvin Məmmədov, Vaqif Cavadov, Ayxan Abbasov, Qurban Qurbanov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Samir Abasov, Fərhad Vəliyev, Elmar Baxşıyev Əfran İsmayılov, Yunis Hüseynov və Azər Bağırov kimi veteran futbolçular komandanın heyətində mübarizə aparıblar.