Azərbaycan Premyer Liqasında tura üç oyunla start verilir
Azərbaycan Premyer Liqasında XXXV tura bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, hər üç oyun eyni saatda - 17:00-da start götürəcək.
"Sumqayıt" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncu, Tovuz klubu 49 xalla dördüncü pillədə qərarlaşıb.
"Zirə" evdə "Sabah"la üz-üzə gələcək. "Qartallar" 70 xalla ikinci, qonaqlar 44 xalla beşincidir.
"Araz-Naxçıvan" isə səfərdə "Şamaxı" ilə münasibətlərə aydınlıq gətirəcək. Naxçıvan təmsilçisi 55 xalla üçüncü, meydan sahibləri 36 xalla yeddincidir.
Azərbaycan Premyer Liqası
IV dövrə, XXXV tur
17 may
17:00. "Sumqayıt" – "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov.
VAR: Fərid Hacıyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. "Zirə" – "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu
17:00. "Şamaxı" – "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, tura mayın 18-də yekun vurulacaq.