Azərbaycan Premyer Liqasında XXXIV tura bu gün yekun vurulacaq.

Azərbaycan Premyer Liqasında XXXIV tura bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək.

Qarşılaşma saat 18:00-da start götürəcək. Gəncə klubu 29 xalla doqquzuncu, "gənclik şəhəri" təmsilçisi 30 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Qarabağ" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Çempionluğu təmin etmiş "köhlən atlar"ın 80 xalı var. Qonaqlar 55 xalla üçüncüdür.

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

11 may

18:00. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Tovuz şəhər stadionu

20:00. “Qarabağ”– “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

“Azərsun Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.