Azərbaycan - Ukrayna matçının yeri müəyyənləşib

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Matç saat 20:00-da başlayacaq.