Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın qadın güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayır.

Sportline.az xəbər verir ki, ilk olaraq Şəhanə Nəzərova (50 kq) və Elnurə Məmmədova (55 kq) xalça üzərinə çıxacaq.

Yarışın növbəti günündə isə Tatyana Varansova (53 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) qüvvəsini sınayacaq.

Dünya çempionatı

3 noyabr

50 kq
Təsnifat: Şəhanə Nəzərova - Yunq Lin (Çin Taypeyi)

53 kq
Təsnifat: Tatyana Varansova - Yekaterina Verbina (Rusiya)

4 noyabr

55 kq
1/4 final: Elnurə Məmmədova - Eda Tekin (Türkiyə)

62 kq
Təsnifat: Jalə Əliyeva - Anna Fabian (Serbiya)

65 kq
1/8 final: Birgül Soltanova - Ayna Temirtassova (Qazaxıstan)

Qeyd edək ki, bu gün iki yunan-Roma güləşçisi müdal görüşlərinə çıxacaq. Həsrət Cəfərov (67 kq) finalda İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə üz-üzə gələcək. Ülvi Qənizadə (72 kq) isə bürünc medal qazanmağa çalışacaq.