Azərbaycanın yunan-Roma güləşçisi tarixə düşüb
Norveçin paytaxtı Oslodakı dünya çempionatında qazandığı bürünc medal Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçün əlamətdar olub.
Sportline.az xəbər verir ki, 55 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə qalxan idmançı güləşin bu növü üzrə Avropa və dünya çempionatlarında əldə etdiyi mükafatların sayını 8-ə çatdırıb.
Bu, Azərbaycanın yunan-Roma güləşçiləri arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, Eldəniz Əzizli 2018-ci ildə həm Avropa, həm də dünya çempionu olub. Onun aktivinda 2 dünya və 4 Avropa üçüncülüyü də var.