Bakıda keçirilən qolf turnirinin qalibləri bəlli olub

Xəyal adasında (Dreamland) keçirilən qolf üzrə Zəfər turnirinə yekun vurulub.

Sportline.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışın A kateqoriyasında Rəcəb Tural qızıl, Villiam Blankard gümüş, Elman Rzayev bürünc medal qazanıblar.

B kateqoriyasında isə Regina Bədəlbəyova qızıl, Villie Qarden gümüş, Kallum Stevart isə bürünc medala layiq görülüblər.