Bakıya gələn baş məşqçi "Real"ı çalışdıra bilər
"Real" rəhbərliyi "Bayer"in çalışdırıcısı Xabi Alonsonu 2024-cü ilin yayında baş məşqçi vəzifəsinə dəvət etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "DeadlineDayLive" məlumat yayıb.
Leverkusen klubunun rəhbərliyi ispanlarla danışıq aparmağa hazır olduğunu bildirib.
"Bayer" 15-18 milyon avro müqabilində Alonso ilə yolları ayırmağa razıdır.
Qeyd edək ki, ispaniyalı mütəxəssis ötən ilin oktyabrında "Bayer"in baş məşqçisi təyin olunub.