Barkola PSJ-dən ayrılır?

UEFA Çempionlar Liqasının son qalibi olan Fransanın PSJ klubunda gözlənilməz ayrılıq gündəmdədir. 

Sportline.az xəbər verir ki, Avropanın nəhəng klublarının diqqət mərkəzində olan Bredli Barkolanın transferinə klub rəhbərliyi tərəfindən razılıq verilib.

Fransa mətbuatının, xüsusilə “Foot Mercato”nun yaydığı xəbərə görə, PSJ-nin əsas heyətində yer alan və mövsüm boyu parlaq performans göstərən 22 yaşlı cinah oyunçusu Barkola komandadan ayrılmaq istəyir.

Klub isə bu istəyə müsbət yanaşıb və oyunçunun transferinə yaşıl işıq yandırıb.

Gənc futbolçu ilə “Bayern Münhen” və “Liverpul” kimi Avropa nəhəngləri yaxından maraqlanır.

Bu mövsüm PSJ formasında 58 rəsmi oyuna çıxan Barkola 21 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.