"Barsa"lıdan şad xəbər

"Barselona"nın futbolçusu Samuel Umtiti zədəsini sağaldıb.

Sportline.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, onun adı Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Yuventus"la oyun üçün iştirak ərizəsində yer alıb. Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman şans verəcəyi təqdirdə, 27 yaşlı müdafiəçi Turin təmsilçisinə qarşı oynayacaq.

Qeyd edək ki, S.Umtiti son olaraq iyunda meydanda olub.