"Barselona" 10 oyunda cəmi 4 qələbə qazanıb

"Barselona" bu mövsüm keçirdiyi 10 oyunda cəmi 4 qələbə qazanıb.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi 2 heç-heçəyə imza atıb, 4 məğlubiyyətlə üzləşib.

Komanda hazırda 14 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb. Bu, “Barselona”nın son 33 ildə mövsümə ən pis startıdır. Komanda sonuncu dəfə 1987/88 mövsümündə bundan da pis başlanğıca imza atıb. Həmin mövsümdə komanda 13 xallıq startla yadda qalıb.