"Barselona" 3 xalı 3 qolla qazandı
"Barselona" La Liqada 20-ci tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Kataloniya klubu "Sevilya"nı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
"Barselona" - "Sevilya" - 3:0
Qollar: Alba, 58, Qavi, 70, Rafinya, 79
Bu qələbə ilə xalını 53-ə çatdıran Xavinin baş məşqçisi olduğu lider komanda ən yaxın izləyicisi "Real"la xal fərqini 8-ə yüksəldib. Madrid klubu 45 xalla 2-ci pillədə qərarlaşıb. "Real Sosyedad" 39 xalla 3-cüdür.