"Barselona" "Alaves"lə görüşə hazırdır

İspaniya çempionatında qızıl medallara çox yaxın olan Barselona səfərdə uğur qazanmağa çalışacaq.

Sportline.az xəbər verir ki, komandanın rəqibi isə yuxarı pillələrə yüksəlməyi hədəfləyən “Alaves”dir. “Barsa”  oyun ərəfəsində 77 xalla ilk pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Atletiko”nu 9 xal qabaqlayır.

5 görüşdür ki, qələbəyə həsrət qalan “Alaves” isə 46 xalla 8-cidir. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Alaves”lə matç ərəfəsində “Barselona”nın baş məşqçisi Ernesto Valverde media nümayəndələrini suallarını cavablandırıb.

“Çoxları bizim asan qələbələr qazandığımızı düşünür. Bu, belə deyil. Hər matçda rəqiblərimiz bizə daha ciddi müqavimət göstərir. Bu da o deməkdir ki, növbəti 3 xal üçün biz daha da yaxşı oynamalıyıq. Biz hələ çempion olmamışıq. Mən bunu dəfələrlə demişəm. Son qarşılaşmalara qədər diqqətimizi itirməməliyik”.

Qeyd edək ki, “Alaves” – “Barselona” görüşü Bakı ilə saat 23:30-da başlanacaq.