"Barselona" alternativ variant tapıb
"Barselona" İlkay Gündoğanın transferi alınmayacağı təqdirdə "Espanyol"a üz tutacaq.
Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, klubun nümayəndəsi Mateu Alemani artıq "Espanyol"un kapitanı Serxi Darderin agenti ilə ilkin danışıq aparıb.
"Barselona"nın baş məşqçisi Xavinin də futbolçu ilə bu mövzunu müzakirə etdiyi bildirilir.
Qeyd edək ki, 29 yaşlı futbolçu son mövsümdə meydana çıxdığı 38 oyunda 6 qola imza atıb.