"Barselona" Arauxo ilə bağlı qərar verib

"Barselona" mərkəz müdafiəçisi Ronald Arauxo ilə müqaviləni uzatmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu haqda klubun prezidenti Joan Laporta fikrini açıqlayıb.

O, 2026-cı ildə müqaviləsinin müddəti bitəcək 25 yaşlı futbolçu ilə yola davam edəcəklərini deyib.

"Arauxo komandaya çox yaxşı uyğunlaşıb. Hərdən danışıqlar dərhal effekt vermir. Amma, bununla bağlı məsələni həll edilmiş saymaq olar. Arauxo ilə müqavilənin uzadılmasına nikbin baxıram", - deyə Laporta "Mundo Deportivo"nun suallarını cavablandırıb.