“Barselona” azarkeşləri “Kamp Nou”dan ot örtüyü ala biləcəklər

“Barselona” azarkeşləri “Kamp Nou”da çəkilmiş qazonun bir hissəsini ala biləcəklər.

Sportline.az xəbər verir ki, qazonun ölçüsündən və növündən asılı olaraq qiymətlər 20-420 avro arasında dəyişir.

"Barselona" mağazalarında notarius tərəfindən təsdiqlənmiş xüsusi kağız var ki, azarkeşlər qazonun həqiqiliyinə əmin olsunlar.

La Liqanın dörd turundan sonra kataloniyalılar 10 xalla üçüncü pillədə qərarlaşıb. “Barselona” növbəti oyununu sentyabrın 16-da “Betis”ə qarşı keçirəcək .