"Barselona" Balde mövzusuna son qoydu
"Barselona" Aleks Balde ilə müqavilənin müddətini uzadıb.
Sportline.az xəbər verir ki, Kataloniya klubu bu haqda sosial şəbəkə hesablarında məlumat paylaşıb.
19 yaşlı futbolçunun yeni müqaviləsi 2028-ci ilədək nəzərdə tutulub.
Yeni mövsümdə 4 oyuna çıxan Balde hələ ki, məhsuldar çıxışla yadda qalmayıb.