"Barselona" "Bavariya"nın futbolçusunu istəyir

"Barselona" "Bavariya"nın yarımmüdafiəçisi Camal Musialanı heyətə qatmaq istəyir.

Sportline.az Fichajes nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Xavi istedadlı futbolçunun xidmətində maraqlı olduğunu açıqlayıb. 

2019-cu ildən "Bavariya" akademiyasına cəlb olunan 20 yaşlı futbolçunun Transfermarktdakı dəyəri 110 milyon avro göstərilir.

Bu mövsüm 47 oyunda meydana çıxan Musiala 16 qol və 16 məhsuldar ötürmə müəllifidir.