"Barselona" böyük məbləğdə cərimələnib

"Barselona" böyük məbləğdə cərimələnib.

Sportline.az xəbər verir ki, buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.

Kataloniyalılar 2021/2022 mövsümündə maaş limitinə riayət etmədiyi üçün 800 000 avro cərimə ödəyəcəklər.

La Liqanın prezidenti Xavyer Tebas bildirib ki, "Barselona"nı qarşıdakı mövsümlərdə də eyni cəza gözləyir.