"Barselona" bu səbəbdən Neymardan imtina edib
PSJ-nin braziliyalı forvardı Neymar karyerasını "Barselona"da davam etdirə bilərmiş.
Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, buna iki səbəb mane olub.
Belə ki, Kataloniya klubu bu transferi həm, maliyyə cəhətdən məqsədəuğun saymayıb, həm də, futbolçunun komandadaxili abu-havanı pozacağından ehtiyyat edib.
Qeyd edək ki, Neymar "Barselona" üçün yad sima deyil.
Braziliyalı ulduz 2013-2017-ci illərdə bu komandanın formasını geyinib.
2017-ci ildə PSJ onun transferinə 222 milyon avro ödəmişdi.
Bu məbləğ hələ də rekord olaraq qalır.