"Barselona" bunu da bacardı

La Liqanın 28-ci turunda "Real Soysedad"la matç (6:1) "Barselona" üçün əlamətdar olub.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun futbolçuları görüşdə 6 dəfə fərqlənməklə ümumilikdə bu mövsüm vurduqları qolların sayını 100-ə yüksəldiblər.

Beləliklə, "Barselona" ardıcıl 16 mövsüm 100 qol həddinə çatmağı bacarıb. Maraqlıdır ki, bu, kapitan və əsas qol silahı Lionel Messinin əvəzedici komandadan əsas komandaya keçdiyi vaxtla üst-üstə düşür.

Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 62 xalla 2-cidir.