"Barselona" ən çox qazanan klubdur

"Barselona" 2023-cü ildə klub atributlarından 179 milyon avro vəzait əldə edib.

Sportline.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, kataloniyalılar bununla digər klubları geridə qoyublar.

Bu haqda UEFA-nın maliyyə hesabatında qeyd olunub.

İlk üçlükdə həmçinin "Real" (155 milyon avro) və "Bavariya" (147 milyon avro) yer alıb.

Qeyd edək ki, bununla belə "Barsa" maliyyə böhranından əziyyət çəkən klublar sırasındadır.