"Barselona" fanatlarına maraqlı təklif

"Barselona" klubu azarkeşlərinə maraqlı təkliflə müraciət edib.

Sportline.az Sport.es nəşrinə istinadla xəbər verir ki, Kataloniya klubu yenidənqurmaya bağlanan "Nou Kamp"ın ot örtüyünü satışa çıxarıb.

Daha dəqiq desək, meydanın bir parçasını əldə etmək istəyən "Barselona" fanatı 420 avro ilə bu istəyini reallaşdıra bilər.

Eyni zamanda stadionun digər elementləri də satışa çıxarılıb.

Misal üçün, qapı torunun hissələri 80 avroya satılır.

Xatırladaq ki, "Nou Kamp" mayın 28-dən təmirə bağlanılıb.