"Barselona" Fatini satmağa hazırdır
"Barselona" Ansu Fati ilə vidalaşmağa hazırdır.
Sportline.az xəbər verir ki. bu haqda As nəşrində məlumat yayılıb.
Kataloniyalılar onun satışı ilə heyəti gücləndirmək niyyətindədirlər.
Plan baş tutsa, "Barsa" "Mançester Siti"nin futbolçusu Bernardu Silva və "Vilyareal"dan Xuan Foytu sıralarına qata bilər.
Qeyd edək ki, ötən mövsüm 36 oyunda meydana çıxan Ansu Fati 7 qol və 3 assistlə yadda qalıb.