"Barselona" Feliks və Kanselu ilə bağlı qərar verib
"Barselona" Joau Felikslə Joau Kanselunu heyətdə saxlamaq niyyətindədir.
Sportline.az xəbər verir ki, kataloniyalılar mövsümün sonunda icarə müddəti bitəcək futbolçularla yola davam edəcək.
Bu haqda klubun prezidenti Joan Laöorta məlumat verib.
Onun sözlərinə görə çıxışlarından razı qaldıqları futbolçularla yaxın günlərdə danışıqlara başlayacaqlar.
Qeyd edək ki, Feliks "Atletiko"ya, Kanselu isə "Mançester Siti"yə məxsusdur.