"Barselona" fikrindən daşındı
"Barselona" Sofian Amrabatın transferindən imtina edib.
Sportline.az Diario Sport nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi mərakeşli yarımmüdafiəçini Messili sxemə uyğun gəldiyinə görə heyətə qatmaq niyyətində idi.
Kataloniyalılar Messi variantının alınmaması və İlkay Gündoğanın transferindən sonra Amrabat sevdasından əl çəkiblər.
Qeyd edək ki, Amrabatın xidmətində "Mançester Yunayted", "Bavariya", PSJ və "Atletiko" klubları da maraqlıdır.