"Barselona" fransalı futbolçunun müqaviləsini uzadıb

İspaniya "Barselona"sı futbolçusu Samuel Umtiti ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı müdafiəçinin sözləşmə müddəti 2026-cı ilin yayınadək uzadılıb.

29 yaşlı oyunçu əvvəlki müqavilədə qalan 1,5 il üçün almalı olduğu maaşın bir hissəsindən imtina edib.

Xatırladaq ki, Samuel Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir.