"Barselona" futbolçularının istəyi

"Barselona" futbolçuları istefaya gedəcək Xavinin yerinə görmək istədikləri mütəxəssisin adını açıqlayıblar.

Sportline.az xəbər verir ki, onlar Xavidən sonra Luis Enrike ilə işləmək arzusundadırlar.

Bu haqda İspaniyanın Sport.es saytı məlumat yayıb.

Qeyd edək ki, Enrikenin PSJ ilə 2025-ci ilədək müqaviləsi var.