"Barselona" gənc futbolçularla bağlı qərar verib

"Barselona"nın baş məşqçisi Xavi Alexandro Balde və Lamin Yamalla yola davam edəcəklərini bildirib.

Sportline.az xəbər verir ki, bu haqda Fabrisio Romano məlumat paylaşıb.

Xavi sözügedən futbolçularla yeni müqavilə imzalanacağını deyib.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan 19 yaşlı Balde ilə 16 yaşlı Yamalın klubla 2024-cü ilədək anlaşması var.