"Barselona" hələ də Messiyə pul ödəyir

"Barselona" hələ də Lionel Messiyə pul ödəyir.

Sportline.az xəbər verir ki, bunu klubun prezidenti Juan Laporta Mundo Deportivo nəşrinə açıqlamasında deyib.

61 yaşlı funksioner bildirib ki, Messi 2021-ci ildə komandadan ayrılsa da, kataloniyalılar hələ də ona olan borcu ödəməkdədirlər.

Laport pandemiya dönəmində yaranan borcun tam olaraq 2025-ci ildə başğlanacağını deyib.

O, həmçinin Messi üçün komanda ilə vida matçının da planlaşdırıldığını bildirib.

Çox güman ki, həmin oyun yenidən qurulan "Nou-Kamp"ın açılışna təsadüf edəcək.